XII plenum


2018-02-27 12:16:31



25 fevral 2018-ci il tarixdə səhər saat 11-00-da Azərbaycan Kommunist Partiyası MİK-in və AKP NTK-nın birgə XII plenumu öz işinə başlamışdır.
Birgə plenumun gündəliyinədə Xəzər rayon ərazi ilk partiya təşkilatının və Lənkəran rayon təşkilatının partiya qeydiyatına alınmasına dair, Azərbaycan KP-nın növbəti VII Qurultayının çağrılması haqqında (Məruzəçi: AKP MİK sədrinin müavini Ə.Xəlilov), AKP MİK-in 2017-ci ilə aid maliyyə hesabatı və 2018-ci il ücün partiya büdcəsinin formalaşdırılması haqqında (Məruzəçi: AKP MİK-in Maliyyə şöbəsinin müdiri V. Quliyev) məsələləri müzakirə edilmişdir.
Müzakirələrdə Rüstəm Qüdrətov (İmişli RT), Eynulla Paşayev (Masallı RT), Mehdi Şəhriyarlı (Sumqayıt ŞT), Bəhram Mürşüdov (Qəbələ RT), Ə. Aslanov (Sabirabad RT), Əmrulla Şirvanov (Xətai RT), Yaşar Qafarov (Lənkəran RT), Məzəddin Əyyubov (Nərimanov RT) çıxış edərək müzakirə olunan məsələlərə dair təkliflərini vermişlər. Qeyd olunmuşdur ki,otuz ildən artıq müddətdə respublikada sosialist şüurunun və sosialist nəzəriyyəsinin cəmiyyətdə azaldılması, kortəbiilik qarşısında səcdə edilməsi burjua idealogiyasının fəhlə sinfi (zəhmətkeşlər) arasında geniş yayılmasına yol açmışdır.
Burjua sosioloqlarının çoxu müasir burjua cəmiyyətində baş verən yaramaz halların, o cümlədən əxlaq pozuntularının təqsirini elmi-texniki tərəqqinin üzərinə atırlar və beləliklə otuz ildən çoxdur gənc nəslin tərbiyəsini pozurlar.
Marksizm çoxdan sübut etmişdir ki, elmi-tərəqqi heç vaxt əxlaqi boşluq yaratmır və yarada bilməz. Sosializm cəmiyyətində hər şey insan üçün idi. Vaxtı ilə bu prosesin əvvəlini Böyük Oktyabr sosialist inqilabı qoymuşdur. Bu mürəkkəb prosesi yerinə yetirən bolşeviklərin yaratdığı Kommunist Partiyası və onun mətin, mübarız, cəsur rəhbərləri olmuşlar.
Azərbaycan Kommunist Partiyasının aparacağı partiya işinin baş xətti, yəni müasir mərhələdə fəaliyyətinin əsas istiqaməti proqramında göstərilməli, yaxın illərin vəzifələri isə plenum və qurultaylarda qərarlar qəbul edilərək həyata yetirilmısinə partiya üzvləri səfərbər olmalıdırlar.
18 mart 2018-ci il tarixdə Rusiya Federasiyasında keçiriləcək prezident seckilərində Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Pavel Qrudininin müdafiəsinə dair müraciətin hazırlanması və 11 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının prezidentinin seçkilərində partiya üzvlərinin iştirak etmələrinə dair təklif verilmişdir.
Birgə Plenum müzakirə olunan məsələlərə dair müvafiq qərar qəbul etmişdir.
Plenum 23 fevral 1918-ci ildə Qızıl Ordu və Qızıl Donanmanın yaranmasının 100 illiyi münasibəti ilə partiya üzvlərinə və təəssübkeşlərinə bayram təbrikini ünvanlamışdır.
26 il əvvəl Xocalıda erməni daşnaq və millətçilərinin dinc əhaliyə qarşı etdikləri vəhşiliklərə dair müraciət qəbul olunmuşdur.

Azərbaycan KP MİK-in Rəyasət heyəti