26.06.2018
Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi və AKP Nəzarət-Təftiş komissiyasının birləşmiş XIII plenumu haqqında məlumat.
Azərbaycan KP MİK və AKP NTK-nın birləşmiş XIII plenumu 24 iyun 2018-ci il tarixdə səhər saat 11:00-da partiyanın mərkəzi qərargahında işinə başlamışdır. Plenumu AKP MİK İdeoloji şöbənin müdiri, partiya veteranı Süleyman Haşım oğlu Süleymanov açmışdır.
Plenumun işçi orqanları seçilmiş, gündəliyi, reqlamenti təsdiq olunmuşdur.
Gündəlikdə Təşkilati məsələ, Azərbaycan Kommunist Partiyasının növbəti VII Qurultayına hazırlıqla əlaqədar - AKP MİK və AKP NTK birləşmiş XII plenumunun (25 fevral 2018-ci il tarixli) qərarlarının yerinə yetirilməsinin vəziyyəti və qarşıdakı vəzifələr (Məruzəçi:AKP MİK sədrinin müavini Ə.Xəlilov), partiyanın maliyyə vəziyyəti (Məruzəçi: AKP MİK maliyyə şöbəsinin müdiri V.Quliyev) , Qurultaya hazılıq üzrə təşkilat komitəsinin yaradılmaşı,Təşkilat komitəsinin 11 nəfərdən ibarət üzvlərinin və Mandat komissiyasının üzvlətinin seçilməsi haqqında məsələlərə baxılmışdır.
Plenumda Xətai RT-nın katibi Əmrulla Şirvanovu və Səbail RT-nın katibi Vadulin V. AKP MİK üzvü seçilmişlər.
Partiyanın təşkilatı strukturunda Hüquq şöbəsi yaradılmış və şöbənin müdiri Əmrulla Şirvanov seçilmişdir
Məruzələr ətrafında müzakirələrdə çıxış edən Akif Orucov (Suraxanı RT), Rüstəm Qüdrətov (İmişli RT), Eynulla Paşayev (Masallı RT), Bəhram Mürşüdov (Qəbələ RT), Əmrulla Şirvanov (Xətai RT), Yaşar Qafarov (Lənkəran RT), Ənvər Aslanov (Sabirabad RT), Bəyverdi Tağıyev (LənkəranRT), Vadulin V. (Səbail RT) çıxış edərək partiyadaxili intizamın möhkəmləndirilməsi, gənclərin sıralarından təzə qüvvələrin partiya sıralarına cəlb edilməsi, partiya özəklərinin mübarizliyinin artırılması, sosializm yolu siyasətinin inkar edilməzliyinin müdafiə və təbliğ edilməsi,ərazi ilk partiya təşkilatları ilə aparılan partiya işinin səviyyəsinin yüksəldilməsi sahəsində öz fəaliyyətlərini canlandırmalarına dair təkliflərini vermişlər.
Marksist-Leninçi partiyanın müasir mərhələdə təşkilatlanma siyasətinin həyata keçirilməsində bu ilki hesabat-seçki kampaniyasında aktiv qrup partiya təşkilatçılarının irəli çəkilmələrinə şəraitin yaradılması, AKP rayon, şəhər partiya təşkilatlarının qruplarında yığıncaqların keçirilməsi, üzvlük haqlarının ödənilməsinin qaydaya salınmasına aid tövsiyələr verilmişdir.
Azərbaycan KP-nın növbəti VII Qurultayının 2018-ci ilin oktyabr ayının 28-də Bakı şəhərində partiyanın mərkəzi qərargahında çağrılması ilə əlaqədar şəhər, rayon partiya təşkilatlarında hesabat-seşki kompaniyasının keçirilməsinə lazım olan sənədlərlə təmin olunmaları AKP Təşkilat şöbəsinə tapşırılmışdır. Plenum digər məsələlərə dair müvafiq qərarlar qəbul etmişdir.
Plenumun işini Azərbaycan Kommunist Partiyası MİK sədri Hacı Hacıyev yekunlaşdırmışdır.
Azərbaycan KP MİK Rəyasət heyəti