Yaşasın Böyük Oktyabr Sosialist İnqilabının 101-ci ildönümü!


2018-11-07 18:18:32



7 noyabr 2018-ci il Böyük Oktyabr Sosialist İnqilabının 101-ci il dönümü günüdür. Bu münasibətlə AKP MİK-in mərkəzi qərargahında tədbir keçirilmişdir. Tədbir qeyd etmişdir ki, Kommunist Partiyası xalq kütlələrini əsil elmi, mütərəqqi dünyagörüşü ilə silahlandırır. Bu dünya görüşü real aləmin bütün müxtəlifliyi ilə, bütün mürəkkəbliyi və ziddiyətləri ilə bizim dərk etməyimiz imkan yaradır ki, indiki zamanda tarixi gedişin istiqamətini düzgün müəyyən edək.

Kommunist Partiyası sosializm qurmuş, faşizmlə ölüm dirim mübarizəsində davam gətirmiş, qələbə çalmış və tarixdə birinci olaraq yeni insanın tərbiyə məsələsini həll etmiş və 70 il ərzində 100% savadlılar ölkəsinin vətəndaşlarının mübariz nəslini yetişdirmişdir.
Yaşasın Böyük Oktyabr Sosialist İnqilabının 101-ci ildönümü!
 

Azərbaycan KP
Mərkəzi İcraiyyə Komitəsi
Rəyasət heyəti