Yeni İl Müraciəti


26.12.2018



Azərbaycan Kommunist Partiyası

Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin

Yeni il Müraciəti!

 

Hörmətli partiya üzvləri və təəssübkeşləri!

Müasir şəraitdə ideoloji iş kəskin, barışmaz mübarizə xarakteri daşıyır...

Marksizm-leninizm ideologiyasına əsaslanan Kommunist Partiyası tərəfindən aparılan təşkilatlanma işinin hüdudlarını genişləndirməkdən ötrü partiya özəklərinin yaradılması prosesini sürətləndirmək kimi qarşımızda məsul vəzifənin həlli durur. İmperialist təbliğatı öz axınını respublikamızın üzərinə yönəltmişdir. Düşmən ideologiyası ən müxtəlif kanallar vasitəsi ilə: onlarla radio –televiziya stansiyası, ən müxtəlif internet saytları, burjua filmləri, turizmin inkişafı vasitəsilə ölkəmizin əhalisinə, xüsusilə də gənclərin tərbiyəsinə öz mənfi təsirini göstərməkdə davam edir. İmperialistlərin və onların ideoloqlarının məqsədi insanların böyük əksəriyyətində olan sosializmin ideallarını beyinlərdən silmək, zəhmətkeşlərin şüurunu burjua əxlaqı ilə daha çox zəhərləməkdir.

Nəcib ideallara və insani keyfiyyətlərə malik sovet adamlarındakı yüksək keyfiyyətlərin, yüksək siyasi şüurluluq, əməyə yeni münasibət, vətənpərvərlik, beynəlmiləlçilik, yüksək ictimai-siyasi fəallıq və kollektivçilik kimi nəcib insani keyfiyyətləri beyinlərdən kütləvi surətdə silinməsi prosesi gücləndirilir.

Burjua ideologiyasının təsirinə qarşı mübarizə aparmaq, hər şeydən əvvəl gənclər və əhali arasında məlumatın qoyuluşunu, zəhmətkeşlərin suallarına operativ şəkildə cavab vermək, baş verən hadisələrin mənasını izah etmək üçün təbliğat və təşviqat işini genişləndirmək istəyən Azərbaycan Kommunist Partiyasının bacarıqlı təşkilatçılara ehtiyacı var. 

Marksizm-leninizm ideyalarının qüvvəsinə və doğruluğuna çox böyük ehtiyac olduğunu nəzərə alan Azərbaycan Kommunist Partiyasının 28 oktyabr 2018-ci il tarixdə keçirilən VII qurultayı qeyd etmişdir ki, antikommunist təbliğatının iri həcmli aparatı bütünlükdə ona yönəlmişdir ki, beynəlxalq fəhlə hərəkatının birliyini zəiflətsin.

Qurultay düşmən ideologiyasına qarşı barışmaz mübarizə aparmaq və imperializmin hiylələrini qətiyyətlə ifşa etməyin kommunistlərin əsas vəzifəsi olduğunu qeyd etmişdir. Sinfi cəhətdən düşmən ideologiyaya qarşı mübarizə amansız olmalıdır. Çünki bu kommunistlərin insanlığın gələcəyi uğrunda mübarizəsidir.

1917-ci ildə dünyanı kommunizm əsasları üzərində bünövrəsini qoyan Lenin partiyası zəhmətkeşlərin fəal iştirakı ilə sosialist dövlətini qurdular və insanın insan tərəfindən istismarına son qoydular.

Cəmiyyətin sağlam qüvvələrini Azərbaycan Kommunist Partiyasının sıralarına dəvət edirik. Birlikdə biz daha güclü olarıq.

Yeni, 2019-cu iliniz mübarək hörmətli kommunistlər və partiyanın təəssübkeşləri!

Müraciət AKP MİK-in Rəyasət heyətinin 22 dekabr 2018-ci il tarixli iclasında qəbul olunmuşdur.

AKP MİK-in Rəyasət heyəti