Azərbaycan KP MİK Rəyasət heyətinin və AKP MNTK-nın birgə iclası haqqında məlumat


06.02.2019



Azərbaycan KP MİK Rəyasət heyətinin və

AKP MNTK-nın birgə iclası haqqında

məlumat

 

 02 fevral 2019-cu il tarixdə Mərkəzi qərargahda axşam saat 16:00-da AKP MİK Rəyasət heyətinin və AKP MNTK-nın birgə iclası keçirilmişdir. İclasın gündəliyinə Mandat komissiyasının “AKP-nin VII qurultayının nümayəndəsi Şirvanov Əmrulla Sənan oğlunun mandatının etibarsız sayılması haqqında” qərarı daxil edilmiş və müzakirəyə çıxarılmışdır. Birgə iclas Mandat komissiyasının qərarında qeyd olunan: 2017-ci ilin ortalarından AKP sıralarında yol verdiyi son dərəcə utanc gətirən, iyrənc, insana yaraşmayan, səviyyəsiz, qeyri-insani, qeyri-etik hərəkətlərinə, yazdığı və AKP MİK Rəyasət heyətinə təqdim etdiyi cızma-qaraları ilə partiya sıralarında provakatorluq edən Əmrulla Şirvanovun 28 nömrəli nümayəndə mandatı etibarsız hesab edilməsi qərarını nəzərə almışdır.

AKP MİK Rəyasət heyəti Əmrulla Şirvanovun sonuncu dəfə nəzərinə çatdırır ki, sözü ilə əməlləri arasında dərin uçurum yaradan, özü-özünün şərəf və ləyaqətini, adının müxtəlif internet saytlarında provakator kimi qeydiyyatdan keçməsi və bütün dünyaya yayılması ilə özünü ləkələmiş siyasi nadanın yeri Kommunist Partiyasının sıralarına soxulmasının ifşa edilməsini yerinə yetirən AKP MİK-in və AKP MNTK-nın birləşmiş II plenumunun qərarı ilə siyasi nadana layiq olduğu qiyməti vermək olmuşdur. Vaxt olar məsələlərin hamısının üstü açılar və yazdıqları yazılar bir daha araşdırılar və nəvə-nəticələri xəbər tutub bu gün Əmrulla Şirvanovu tanıyanlar xəcalət çəkdikləri kimi onlar da xəcalət çəkərlər.

 

AKP MİK Rəyasət heyəti