Böyük Oktyabr sosialist inqilabının 102-ci ildönümü


07.11.2019



Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi və AKP MNTK-nın birgə iclası haqqında məlumat.

6 noyabr 2019-cu il tarixdə AKP-nin mərkəzi qərargahında AKP MİK və AKP MNTK-nın birgə iclası keçirilmişdir. İclasda Böyük Oktyabr sosialist inqilabının 102-ci il dönümünə həsr olunan məruzə, İ. V. Stalinin anadan olmasının 140 illiyinə həsr olunan AKP MİK Rəyasət heyətinin tədbirlər planına uyğun məruzə dinlənilmiş, AKP MİK və AKP MNTK-nın birləşmiş V plenumunun çağırılması haqqında məsələyə baxılmışdır. Gündəlik ətrafında Ə. Xəlilov, Ş. Tağıyev, A. Orucov, V. Quliyev, A. Mustafayev, Suleyman Suleymanov çıxış etmişlər.

Gündəliyin müzakirə olunan məsələləri haqqında uyğun qərarlar qəbul olunmuşdur.

İclasda Böyük Oktyabr sosialist inqilabının 102-ci ildönümü münasibəti ilə partiya üzvlərinə və təəssübkeşlərinə müraciət - təbrikin mətni müzakirə edilərək qəbul olunmuşdur.(Link)

AKP MİK Rəyasət heyəti,

AKP MNTK