Təbrik!


07.11.2019



Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin təbriki!

Böyük Oktyabr Sosialist inqilabının 102-ci il dönümü münasibəti ilə partiya üzvlərini və təəssübkeşlərini təbrik edirik!

102 il bundan əvvəl baş tutan inqilab azərbaycan xalqına nə vermişdi?

İnqilab hər yerdə ictimai və milli zülm hökm sürdüyü, güclünün gücsüzü əzmək, iradəsinə tabe etmək, qoçunun əli ilə istənilən adamı əlli-ayaqlı itirə bilməsinə, cəmiyyətin böyük əksəriyyəti ehtiyacdan göz açıb, sabahı düşünə bilmədiyi hallara son qoydu.

Xalqımız tarixinin ən ağır dövrlərində belə bədbinliyə qapılmamış azadlıq uğrunda dönməz mübarizlər, müdrik və qabaqcıl siyasət adamları, alimlər, yazıçılar, filosoflar tərbiyə etmişdir. Sosialist inqilabı, Sovet hakimiyyəti köhnə dünyanın zülm və qaranlığına son qoyub, yeni həyat, yeni quruluş yaratdı. Ədalətsizlik, gerilik və cəhalət bu quruluşun təbiətinə zidd olduğundan onu tarixin arxivinə atdı.

Sovet Azərbaycanı qabaqcıl sosialist sənaye respublikasına çevrildi.

Respublikamızın sənayedəki inkişafı Asiya və Afrikanın əhalisinin yüz milyona çatan bir sıra ölkələrində yox idi.

Sovet Azərbaycanı bəzi qabaqcıl Avropa ölklələrini də geridə qoymuşdu.

1990-cı illərdə Sovet İttifaqı Kommunist Partiyasının siyasi rəhbərləyinin xəyanəti nəticəsində qüdrətli fəhlə-kəndli hökümətinin süqutu və burjua ictimai quruluşuna respublikaların sürüklənməsi prosesi ilə başa çatdırmışdır.

Sovet dövlətinin misilsiz texniki inkişafı bir-birindən ayrı düşən respublikalarda hakim texnokratlar dəstəsinin hərbi və siyasi hakimiyyətlə birləşib cəmiyyətin bütün həyatını, vətəndaşların bütün fikir və hisslərini nəzarətə alınması ilə hal-hazırda davam etdirilir.

Müasir burjua modernizmi yüksək sürətlə gənc nəslin tərbiyəsinə mənfi təsir göstərir və onlarda əxlaq normalarının  tərbiyəsinə ciddi mane olur.

Azərbaycan Kommunist Partiyasının üzvləri tam əmindirlər ki, məhdud burjua quruluşunun törətdiyi riyakarlıqlardan cəmiyyət nəticə çıxarmağa başlayıb və onlar internasionalizmin yenilənmiş sosializm cəmiyyətində insanlığın qanunu olacağına inanırlar.

Bayramınız mübarək hörmətli partiya üzvləri və təəssübkeşləri!

Təbrik AKP MİK və AKP MNTK-nın 6 noyabr 2019-cu il tarixli birgə iclasında qəbul olunmuşdur. (Link)

 

AKP MİK Rəyasət  heyəti,

AKP MNTK